Ərdoğan şərtini açıqladı: prezidentliyimi ortaya qoyuram...

Ərdoğan şərtini açıqladı: prezidentliyimi ortaya qoyuram...

Bir CHP-çi mənim qəbuluma gəlib, “CHP-nin həmsədri ola bilərəmmi?” deyə mənimlə müzakirə aparıb. Olduqca açıq şəkildə deyirəm: Belə bir olay yaşanıbsa, prezidentliyimi ortaya qoyuram.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kiraz bələdiyyəsində çıxışı zamanı CHP-lə ilə bağlı yayılan iddiaları şərh edərkən deyib.

“CHP sədri Kamal Kılıçdaroğlu da partiya sədrliyindən istefa verəcəkmi-verməyəcəkmi deyə, sədrliyini ortaya qoysun. Açıqla deyirik, “açıqlaya bilmərəm” deyir. Rəcəb Tayyib Ərdoğanın işi-gücü yoxdurmu, CHP-nin həmsədrinin kim olması ilə məşğul olacaq?!”, - deyə Ərdoğan bildirib.

Mənbə: axar.az