"Elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb?"- MM-də "söz davası"

A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib...

Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.

PİA.az xəbər verir ki, A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

Spiker Oqtay Əsədov isə iradı qəbul etməyib: “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?” (demokrat.az)

pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Xırdalan şəhər Musiqi məktəbinin kollektivi İsmayıllıda konsert proqramı ilə çıxış edib - FOTO

SONRAKI XƏBƏR

Naxçıvanda qeydiyyatda olanların nəzərinə! - Şəxsiyyət vəsiqələri üçün dekabrın 10-dək müraciət edə bilərlər