YENİ ZİRVƏ GÖRÜŞÜ: Nəhəng dördlük toplanır – NİYƏ ?

YENİ ZİRVƏ GÖRÜŞÜ: Nəhəng dördlük toplanır – NİYƏ ?

Türkiyə, Almaniya, Fransa və Böyük Britaniya liderləri İstanbulda Suriya məsələsini müzakirə edəcəklər.

«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə «Anadolu» agentliyinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. O qeyd edib ki, tərəflər arasında növbəti zirvə görüşü fevralda baş tutacaq:

"Bu formatda ilk görüş, çərşənbə axşamı Londonda NATO-nun zirvə görüşü ərəfəsində baş tutub.

NATO-nun zirvə görşündə razılaşdıq ki, bu dördlük ən azı ildə bir dəfə görüşüb müzakirələr aparmalıdır. İkinci görüş isə İstanbulda keçiriləcək».

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu dördlüyün NATO-da reallaşan görüşündən sonra açıqlama verərək bunları deyib: « London görüşü "çox faydalı" idi, ancaq "bütün qeyri-müəyyənlikləri aradan qaldıra bilmədi".

Məlumat üçün bildirək ki, Ankara oktyabrın 9-da etibarən Suriyanın şimalında PKK/YPG-PYD terror qruplaşmasınana qarşı uğurlu hərbi əməliyyatlara başlayıb.

Mənbə: sherg.az