Ərdoğan Kembric məscidinin açılışını etdi

Ərdoğan Kembric məscidinin açılışını etdi

Böyük Britaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kembric məscidinin açılışını edib.

Axar.az xəbər verir ki, türk lider məscidin açılışında nitq söyləyib.

Burada Zeynəb adlı qadının səylərindən bəhs edən Ərdoğan Kət Stivns kimi məşhurlaşan, 1977-ci ildə müsəlman olduqdan sonra adını Yusif İslam olaraq dəyişdirən ingilis musiqiçiyə də təşəkkürünü çatdırıb.

Qeyd edək ki, Ərdoğan NATO ölkələri liderlərinin dördtərəfli sammitində iştirak etmək məqsədilə Böyük Britaniyada səfərdədir.

Mənbə: axar.az