Ermənilərin korporativ maraqları - VİDEO

Ermənilərin korporativ maraqları - VİDEO

Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında dedi. Fuad Muradov bildirdi ki, onlar üçün "Ermənistan dövləti" anlayışı yoxdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığının olması barədə məlumatlara da münasibət bildidri.

Komitə sədri Türkiyədə müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlandığını da dedi. Fuad Muradovun sözlərinə görə, hazırda ölkədə "Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası"nın hazırlanması üzərində işlər aparılır.Komitə sədri Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqların getdiyini də açıqlayıb. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün gələn ildən kvotaların ayrılması üçün razılıq əldə edilib.

Mənbə: www.realtv.az