Türk jurnalist AB komissiyası təmsilçisini susdurdu - "Görünür Fransanı..."

Türk jurnalist AB komissiyası təmsilçisini susdurdu - "Görünür Fransanı..."

Avropa Birliyi, Fransada davam edən pensiya islahatları etirazlarında polisin zorakılıq etməsini pisləməkdən çəkinərək, etirazçılara qarşı təmkinli olmağa çağırmadı.
Muxalifet.az
bu barədə "Hurriyet"-ə istinadla xəbər verir.
AB Komissiyasının təmsilçisi Eric Mamer, mətbuat konfransında "AA" müxbirinin "Fransadakı prezident Emmanuel Macronun pensiya islahatlarına etiraz edən nümayişçilərə polisin şiddət tətbiq etməsinə münasibət bildirdinizmi? Mustafa Yalçin, nümayişlərdə yaralanan jurnalistlərdən biri idi. O, polisin istifadə etdiyi qaz qumbarası kapsulu gözünə dəydiyindən gözlərini itirmə riski altındadır" sualına cavab verdi.
Mamer, “AB Komissiyası həm şəxslərin çıxış etmək hüququna, həm də jurnalistlərin bu hadisələri izləmək hüququna hörmətlə yanaşır" dedi.
Aİ Komissiyasının İran, İraq, Boliviya və Çilidə etirazlar olduğu zaman dözümlü və təmkinli olmağa çağırış etdiyini xatırladan "AA" müxbiri, “görünür Fransanı təmkinli və mülayim olmağa çağırmayacaqsınız. AB sarı jiletlilər etirazında 25 nəfərin gözünü itirməsinə, 300 nəfərin başından yaralanmasına, bir nəfərin də həyatını itirməsinə səbəb olan Fransa polisi haqda heç bir açıqlama vermədi. Bir ölkədə etirazlar barədə bəyanatlar vermək üçün hansı kriteriyalara əsaslandığınızı bilmək istərdim. İspaniyadakı etirazlara səssiz qaldınız. Açıqlamalara məruz qalmamaq üçün Fransa və İspaniya kimi ölkələr olmaq lazımdır?”, sualına Mamer bu mövzuda heç bir şərh verməyəcəyini dedi.

Mənbə: muxalifet.az