Brüsseldə Türkmənistan - Avropa İttifaqi Parlamentlərarası iclası keçirilib

Türkmənistan, Aşxabad, 07 dekabr /Trend, müxbir H.Həsənov/

Brüsseldə Türkmənistan-Avropa İttifaqi (Aİ) 5-ci parlamentlərarası iclası keçirilib.

Trend-in Türkmənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, Avropa Parlamentinin nümayəndə heyətinə Fulvio Martuşiello rəhbərlik edib.

Tərəflər birgə layihələr çərçivəsində çoxtərəfli tərəfdaşlığın perspektivlərini nəzərdən keçirdiblər.

Görüşdə milli qanunvericilik sisteminin təkmilləşdirilməsi, parlament fəaliyyətində müasir müsbət dəyişikliklərin təfsiri və onun milli səviyyədə müntəzəm şəkildə həyata keçirilməsinə nail olmaq məsələləri müzakirə olunub.

Tərəflər ekoloji siyasət, o cümlədən enerji və nəqliyyat sahəsindəki regional infrastruktur layihələri, vətəndaş cəmiyyəti və insan hüquqları sahələrində qarşılıqlı fəaliyyətin hərtərəfli inkişafına dair müzakirələr aparıblar.

Aİ-nın Mərkəzi Asiya üçün yenilənmiş strategiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Türkmənistan XİN-i qeyd edib ki, regional səviyyədə təhlükəsizlik, Əfqanıstandakı vəziyyət, bütün təzahürlərində terrorizm və ekstremizmə qarşı mübarizə, narkotik ticarəti ilə mübarizə ayrıca müzakirə mövzusuna çevrilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Dünyanın korluğu axirətin korluğundan daha yaxşıdır...”

SONRAKI XƏBƏR

Ağ Ev Trampın impiçmenti ilə bağlı dinləmələri boykot edir