Keçmiş prezidentdən təklif: Rusiya sərhədinə divar tikin!

Ukrayna hakimiyyəti Donbasla deyil, Rusiya ilə sərhəddə sədd inşa etməlidir.

Axar.az xəbər verir ki, bu təkliflə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko çıxış edib.

O bildirib ki, Donbasla təmasda səddin inşası Rusiyaya tətbiq edilən sanksiyaların ləğvinə gətirib çıxara bilər:

“Rusiya ilə sərhəddə divar tikin! O, sizə lazım olacaq”.

Qeyd edək ki, Ukraynanın hazırki hakimiyyəti “Normand formatı” çərçivəsindəki görüşlərdə irəliləyiş əldə olunmayacağı təqdirdə “B” planı üzrə Donbasla sərhəddə divar inşa ediləcəyini istisna etməyib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Snapdragon 865 prosessorunu ilk olaraq hansı şirkətin smartfonları əldə edəcəklər?

SONRAKI XƏBƏR

Məhərrəm Əliyevlə Kərəm Həsənovun əvvəlki vəzifələrinə kimlər təyin ediləcək?