Milyarder iş adamı prezident seçkisini satın alır?

Milyarder iş adamı prezident seçkisini satın alır?

Gələn il ABŞ-da keçiriləcək prezident seçkisinə qatılacaq milyarder iş adamı Maykl Blomberqlə bağlı mediada yayılan məlumat rezonans doğurub...

Demokratlar Partiyasının üzvü olan Blomberqin seçkilərin satın aldığı iddia edilib.

İş adamın özü isə yayılan məlumatı təkzib edib və bunun həqiqəti əks etdirmədiyini bildirib:

“Mən heç bir şeyi satın almıram. Sadəcə olaraq, kampaniya aparmaq üçün öz pullarımdan istifadə edirəm. Onlar isə başqalarının pullarından istifadə edirlər, pulunu verənlərin də onlardan gözləntiləri var. Biz gözləntisi olmayan kimsə öz pulunu başqasına verməz. Mən satın alınmaq istəmirəm”.

Əlavə edək ki, məlum iddia senatorlar Elizabet Varren və Berni Sanders tərəfindən ortaya atılıb. Senatorlar Blomberqin öz milyardlarını seçkiləri satın almaq üçün xərləməyə başladığını deyiblər.

Məlumata görə, Blomberq indiyədək seçkilər üçün 59 milyon dollar pul xərcləyib.

ABŞ-da 59-cu prezident seçkisi gələn il oktyabrın 3-də keçiriləcək. (teleqraf.com)

pia.az

Mənbə: pia.az