Bu türk ölkəsində Prezidentdən böyük jest: Onlar əfv edildi

Bu türk ölkəsində Prezidentdən böyük jest: Onlar əfv edildi

Özbəkistanda konstitusiyanın qəbul edilməsinin 27-ci ildönümü münasibətilə 92 məhkum əfv edilib.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistən Prezidenti Şövkat Mirziyoyev qərar qəbul edib.

Mirziyoyev ilk dəfə məhkumların sosial baxımdan qorunmasına və bu şəxslərə pensiya ödənilməsinə başlandığını bildirib.

Özbəkistan Prezidenti həmçinin humanitar əməliyyatlar nəticəsində 261 özbək vətəndaşının Yaxın Şərqdəki qarşıdurma bölgələrindən ölkəyə gətirildiyini qeyd edib.

Mənbə: axar.az