Bunu etsə, hər şeyini itirəcək - Trampdan xəbərdarlıq

Bunu etsə, hər şeyini itirəcək - Trampdan xəbərdarlıq

Şimali Koreya lideri Kim Çen İnin düşmənçilik niyyətlərinə inanmıram.

Axar.az xəbər verir ki, bu barədə o, özünün Tvitter səhifəsində yazıb.

Ağ Ev rəhbəri KXDR liderini nüvə silahından qurtulmağa çağırıb:

"Kim Çen İn olduqca ağıllıdır və əgər o, düşmən obrazı ilə hərəkət etsə, ümumiyyətlə hər şeyi itirəcək. O, mənimlə nüvəsizləşmə haqqında razılaşmanı imzalayıb. ABŞ prezidenti ilə münasibətləri sıfıra endirmək və ya noyabrda prezident seçkilərinə qarışmaq istəmir", - deyə Tramp qeyd edib.

Mənbə: axar.az