Noyabr ayında Tehranda tutulan 3 güney azərbaycanlı milli-mədəni fəalın harada saxlandığı məlum olub.
Axar.az xəbər verir ki, Mənsur Fəthi, Əli İbrahimi və Saleh Ekrami ailələri ilə telefon əlaqəsi saxlayaraq, Evin zindanının 209-cu korpusunda saxlanıldıqlarını bildiriblər.
209-cu korpusun qeyri-rəsmi şəkildə ETTELAAT-ın nəzarəti altında olduğu və bu vahiməli korpusa yalnız ağır cinayətlərdə ittiham olunan şəxslərin aparıldığı deyilir.
Qeyd edək ki, fəallar noyabrın 19-dan 21-dək Tehran Əyalətinin İslamabad şəhərində saxlanılıb.
Mənbə: axar.az