Trampın təhlükəsizlik üzrə müşaviri: "Floridadakı atışma terror aktı idi"

Trampın təhlükəsizlik üzrə müşaviri: "Floridadakı atışma terror aktı idi"

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen bildirib ki, Floridada hərbi dəniz bazasında baş vermiş atışma terror aktıdır.

“Report” xəbər verir ki, bubarədə CBS telekanalı məlumat yayıb.

"Mən elə gəlir ki, bu, terror aktı idi. Araşdırmanı qabaqlamaq istəmirəm, amma görünür ki, kimsə radikallığa köklənmişdi", - o deyib.

O'Brayenin sözlərinə görə, hücum edən şəxsin hər hansı təşkilatlarla əlaqəsinin olub-olmaması və ya tək hərəkət edib-etməməsi anlaşılmır, ancaq ona məlumdur ki, hadisə terror aktına oxşardır.

Dekabrın 6-da ABŞ-da naməlum şəxsin açdığı atəş nəticəsində bir neçə nəfər ölüb, daha on bir nəfər yaralanıb. Hadisə Floridanın Eskambia dairəsində yerləşən Pensakola dəniz hava hərbi bazasında qeydə alınıb.

Hadisəni törədən şəxs öldürülüb, yaralılar xəstəxanaya yerləşdirilib.

Mənbə: moderator.az