Tramp Kim Çeni hədələdi: "Şimali Koreyanın itirəcəyi çox şey var"

Tramp Kim Çeni hədələdi: "Şimali Koreyanın itirəcəyi çox şey var"

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonqun nüvə silahlarından təmizlənmə maddəsinin artıq müzakirə masasında olmadığı barədə açıqlamasına reaksiya verib. Sonxeber.az-ın məlumatına görə, Tramp bu barədə Tvitterdə açıqlama verib:

"Kim Çen çox ağıllı və əgər düşməncə davransa, itirəcəyi çox şey var. Sinqapurda mənimlə "Nüvə Silahlarından Arındırma Anlaşması"nı imzaladı. Kim Çen İn ABŞ prezidenti ilə olan xüsusi münasibətini bitirmək və ya prezident seçkilərinə müdaxilə etmək istəməz".

Tramp dünən Ağ Evdə jurnalistələrə "Münasibətimiz yaxşıdır, amma düşmənçilik də az da olsa var" açıqlamasını verib.

 

 

Mənbə: sonxeber.az