İsrail: Suriya İranın Vyetnamı olacaq

İsrail: Suriya İranın Vyetnamı olacaq

İran Suriyada hərbi mövcudluğunu bitirəcək.

Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə naziri Naftali Bennet deyib. Onun sözlərinə görə, İsrail bu istiqamətdə yorulmadan çalışacaq:

“Sirr deyil ki, İran bizim ölkənin ətrafında atəş çevrəsi yaratmağa cəhd edəcək. O, artıq Livanda bazasını yerləşdirib, Suriyada, Qəzzada və digər yerlərdə güclənməyə cəhd edir. Biz İrana deyirik ki, Suriya sizin üçün Vyetnam olacaq”.

Qeyd edək ki, bundan öncə İsrail Xarici İşlər naziri İsrail Kats İrana xəbərdarlıq edib. O, İsrailin İrana qarşı hərbi fəaliyyət imkanlarını nəzərdən keçirdiyini bildirib.

Mənbə: axar.az