Belarus: Rusiya ilə 8 sənədi razılaşdıra bilmədik

Belarus: Rusiya ilə 8 sənədi razılaşdıra bilmədik

Belarus və Rusiya Soçidəki danışıqlarda elektroenergetika və gömrük xidmətlərinin əməkdaşlıqları məsələləri ilə bağlı inteqrasiya yol xəritələri layihələrini tam razılaşdırıblar.

Axar.az xəbər verir ki, bunu Belarusun Rusiyadakı səfiri Vladimir Semaşko deyib. O, 8 sənaye sahəsində yol xəritəsinin razılaşdırılmamış qaldığını bildirib.

Qeyd edək ki, 7 dekabrda Belarus və Rusiya liderləri Soçidə görüş keçirib.

Mənbə: axar.az