CHP lideri Əhməd Davudoğluna DƏSTƏK: “Araşdırma başladılsın”

CHP lideri Əhməd Davudoğluna DƏSTƏK: “Araşdırma başladılsın”

Türkiyənin keçmiş baş naziri, yeni partiya quruculuğuna başlamış Əhməd Davudoğlunun “Prezident də daxil olmaqla siyasətlə məşğul olan hər kəsin sərvəti araşdırılsın” açıqlaması böyük rezonans yaradıb.

Cebhe.info xəbər verir ki, Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bu təklifə dəstək verib. Bununla əlaqədar açıqlama verən CHP lideri “Buna ehtiyac var, biz dəstəkləyirik” deyib.

“Əhməd Davuğolunun təşəbbüsünü dəstəkləyirik. Yerində verilmiş təklifdir. Təmiz siyasət aparmaq üçün bu, gərəklidir. Prezident Ərdoğan buna dəstək versə, parlamentdə araşdırma başlanmalıdır. Bunun üçün xüsusi komissiya yaradılmalıdır”-deyə, Kılıçdaroğlu bildirib.

Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info