İndoneziyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib

İndoneziyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş anım mərasimi keçirilib

Cakarta, 9 dekabr, AZƏRTAC

Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən Cakarta şəhərində kimsəsiz uşaqların məskunlaşdığı “Putra Setia” uşaq evində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyev müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, vətəndaşların məhəbbətini qazanan öndər kimi qalıb.

Səfir, həmçinin Ulu Öndərin uşaqlara qarşı hər zaman diqqətli olduğunu, onlara böyük qayğı göstərdiyini qeyd edərək, hazırda həmin nəcib işlərin Heydər Əliyev Fondu tərəfindən şərəflə davam etdirildiyini bildirib.

Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunub, Ümummilli Liderin ruhuna dualar edilib, uşaq evinin sakinlərinə və ehtiyac içərisində yaşayan ahıllara ehsan verilib.

Sonda səfirlik tərəfindən uşaqlara sovqat paylanılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Mənbə: azertag.az