Ruslar Rakkaya girdi – Şəhər yaşayış üçün hələ də yararsızdır

Suriyada Döyüşən Tərəflərin Razılaşma Mərkəzinin zabiti Vladimir Varnavski Rusiya ordusunun Suriyanın Rakka bölgəsinə girdiyini və orada ərzaq paketləri payladığını bildirib.

Olaylar.az xəbər verir ki, rus hərbi həkimlərinin də şəhərə gətirildiyi ifadə edilib.

Rusiyalı zabit bildirib ki, onlar bütün ehtiyacı olanlara lazımi köməyi göstərməyə hazırdırlar.

Varnavski qeyd edib ki, bu yaşayış məntəqəsini terrorçulardan azad edən Qərb koalisiyası bütün yerli infrastrukturu tamamilə məhv edib.

"Mübahisəli hava və artilleriya hücumlarının qurbanları minlərlə dinc sakin idi. Şəhər hələ də dağıntılardan, minalardan təmizlənməyib, içməli su, dərman və qida çatışmazlığı var", - deyə o bildirib.

2017-ci ilin oktyabrında ABŞ-ın rəhbərlik etdiyi koalisiya Rakknın İslam Dövləti yaraqlılarından azad edildiyini elan edib. Bundan sonra mülki insanlar şəhərin azad edilməsi zamanı koalisiyanın hava hücumlarında çox sayda insanın öldüyünü bildiriblər.

Teleqraf.com

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Bakixanovda gediş-gəliş iflic oldu: İşıqfor işləmir?

SONRAKI XƏBƏR

Azərbaycan Universitetinin professoru Belarusda beynəlxalq konqresdə məruzə edib