Deputatın köməkçisi bələdiyyə üzvlüyünə namizəd oldu

Deputatın köməkçisi bələdiyyə üzvlüyünə namizəd oldu

Milli Məclisin deputatı Rauf Əliyevin köməkçisi Əfrasiyab Əmirov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ə.Əmirovun 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin Buzovna bələdiyyəsi üzrə namizədliyi qeydə alınıb.

Onun namizədliyi YAP tərəfindən irəli sürülüb.

Ə.Əmirov hazırda da Buzovna bələdiyyəsinin üzvüdür.

Mənbə: pravda.az