Beynəlxalq təşkilatlar əsir və girovların azad olunması istiqamətində səylərini artırmalıdırlar

Tbilisi, 9 dekabr, AZƏRTAC

Beynəlxalq təşkilatlar münaqişə bölgələrində əsir düşmüş və girov götürülmüş insanların azad olunması istiqamətində səylərini artırmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII sessiyasındakı çıxışı zamanı söyləyib.

T.Mirkişili Ermənistanda qanunsuz saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb edib. Deputat bu insanların girovluqda saxlanılmasını insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

T.Mirkisili Avronest PA və digər nüfuzlu beynəlxalq təşkilatların bu məsələyə ciddi yanaşacaqlarına və əsir və girovların azad olunması ilə bağlı səylərini artıracaqlarına ümidvar olduğunu bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Hansı rayonlarda subasma olub? - “Azərsu” rəsmisi problemin səbəblərini açıqladı

SONRAKI XƏBƏR

Rusiyada həbsdə olan, prezidentə sui-qəsd edən və başına 25 milyon qoyulan terrorçu - Şok dosye