Rusiyada həbsdə olan, prezidentə sui-qəsd edən və başına 25 milyon qoyulan terrorçu - Şok dosye

Rusiyada həbsdə olan, prezidentə sui-qəsd edən və başına 25 milyon qoyulan terrorçu - Şok dosye

Ayman əl-Zəvahiri müasir dünyanın ən təhlükəli terrorçularından biri, "Əl-Qaidə" terror təşkilatının Üsama Bin Ladendən sonrakı lideridir.

Olaylar.az Ayman əl-Zəvahirinin dosyesini təqdim edir:

1951-ci ilin 19 iyulunda Misirin Qahirə şəhərində, professor ailəsində doğulub. Babası Alyama Abduvahab Azzam Misir diplomatı olib.

Zəvahiri 1974-cü ildə Qahirə universitetinin tibb fakultəsinin cərrahiyə bölümünü bitirib. Gənclik dövründə, 70-ci illərdə Zəvahiri Misirdə ekstremist "İslami cihad" qrupunun liderlərindən olub. 1981-ci ildə həbs edilib. O, Misir prezidenti Ənvər Sadatın öldürülməsində ittiham olunub. Daha sonra ona qarşı qanunsuz odlu silah saxlamaq ittihamı verilib, 3 il azadlıqdan mərhum edilib.

Həbsdən çıxdıqdan sonra Zəvahiri Əfqanıstana gedərək mücahidələrə qoşulub. Burada gələcəkdə "Əl-Qaidə" terror təşkilatının əsas bazasını təşkil edəcək "Misirli əfqanlar" qrupunun liderlərindən olub. Misir cihadçılarının lideri olaraq müsəlman şurasına üzv olub, habelə Usama Bin Ladenlə tanış olub. Bu zaman Misirdə Zəvahiri haqqında qiyabi edam cəzası kəsilib.

1994-cü Zəvahiri Sudandan qovulub, amma buna baxmayaraq , saxta pasportla dünyanın bir neçə ölkəsinə səyahət edib.

1996-cı il dekabrın 1-də Əhməd Salam Mabruk, Mahmud Nimac əl-Hennavi ilə birlikdə Zəvahri də saxta pasportla Çeçenistanda peyda olub. O, burada həkim Abdulla İmam Məhəmməd Aminin nümayəndəsi kimi fəaliyyət göstərib. Rusiya ərazisinə daxil olduqdan sonra Zəvahiri həbs edilib və məhkəməsini gözləmək üçün 5 ay Mahaçqala türməsində saxlanılıb.

Rusiya ərazisinə daxil olan kimi həbs edilən Zəvahiri və dostlarının azadlığı üçün Misirin "İslami cihad" təşkilatı fəaliyyətə keçib. Həmin dövrdə yerli parlamentin üzvü Nadir Xaçilaev Mahaçqala həbsxanasında saxlanılan əcnəbi "tacirlərə" müyyən qədər dəstək verirdi. 1997-ci ildə bu şəxslərə 6 ay müddətində həbs cəzadı verildi və bir aydan sonra azadlığa çıxdılar. Bir çox mənbələr Rusiya hakimiyyət orqanlarının bu məşhur terrorçuları tanıya bilmədiklərinə şübhə ilə yanaşırdı, hətta Zəvahirinin Rusiya səfəri ilə bağlı yazılar dərc olunurdu. Aleksandr Litvinenko və Boris Berezovski Zəvahirinin Dağıstan ərazisində təlimlər keçdiyini iddia edirdi.

2001-ci ilin 25 sentyabrında İnterpol Zəvahirinin həbsinə dair order verib. O dövrdən "Bi-Bi-Ci" Aymar əl-Zəvahirini "Əl-Qaidə" terror təşkilatının ikinci siması kimi təqdim etməyə başladı.

Artıq 11 sentyabr 2001-ci il terrorundan əvvəl Qərbin məşhur media quruluşları Aymar əl-Zəvahirinin Bin Ladenin müavini, iddia olunan varisi və şəxsi həkimi olduğunu bildirirdi.

Federal Təhqiqatlar Bürosu (FTB) Zəvahirinin həbsinə və ya məhvinə səbəb olacaq informasiyaya görə 25 milyon ABŞ dolları təklif edirdi.

Usama Bin Ladenin və Ənvər əl-Avlakinin öldürülməsindən sonra isə "Əl-Qaidə"nin bir nömrəsi olur.

 

Bin Ladenin ölümündən bir necə gün sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tomas Donilon "Əl-Qaidə"nin ikinci çəxsi Ayman əl-Zəvahirini Bin Ladenin təsiri altında olmayan şəxs kimi xarakterizə edib.

"Dağıstan həbsxanasında altı aydan çox düşündüm. Qardaşlardan biri məndən bu dövrü niyə tez-tez xatırladığımı soruşanda cavab verdim ki, bundan çox dərs almışam", - Zəvahiri qeyd edib.

2011-ci ilin iyununda isə Ayman əl-Zəvahiri Suriya vətəndaşlarını ABŞ və İsrailə qarşı çıxmağa dəvət edirdi: "Qoy ABŞ və Barak Obama anlasın ki, Qüds üzərində qələbə bayrağını qaldırana qədər üsyanımız bitməyəcək".

Ərəb coğrafiyasında "Ərəb baharı" başlayanda Zəvahiri "Biz həqiqi islamı gətirəcək ərəb baharının tərəfindəyik" ifadələrini işlədib.

2012-ci ildə isə Ayman əl-Zəvahiri "Müsəlmanların məsimluğu" filminə və "Məhəmməd Peyğənbərin təhqir edilməsinə" qarşı dünya müsəlmanlarını ABŞ və İsrailə qarşı müqəddəs müharibəyə səsləyirdi.

Zəvahiri 2012-ci ildə Qahirədəki ABŞ səfirliyinə və ABŞ-ın Benqazi konsulluğuna hücum edərək diplomatları öldürən şəxsləri "qeyrətli və vicdanlı" müsəlmanlar kimi xarakterizə edirdi.

Zəvahiri 2011-ci il mayın 2-dən "Əl-Qaidə" terror təşkilatının lideri hesab olunur.

Hazırda 68 yaşlı Zəvahiri dünyanın qorxunc terrorçularından sayılır və ABŞ onun başına 25 milyon dollar mükafat qoyub.

Zəvahirinin 7 övladı var və hazırda onların 4-ü sağdır. Xanımı Azza Əhməd 2001-ci ildə ölüb.

Teleqraf.com

Mənbə: olaylar.az