Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

Suriya Ordusu "M4" adı ilə tanınan beynəlxalq Hələb-Həsəka yolunu tam olaraq nəzarətə götürüb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Suriya Ordusu "M4" avtobanı boyu yeni nəzarət postları qurub və yolu tam nəzarətə götürüb.

Kürdlərin Rudaw telekanalıa da etiraf edib ki, Suriya Ordusu Hələb-Həsəka yolunu tam nəzarətə götürüb.

Həsəka əyalətindəki kürd mənbələri Suriya Ordusunun "M4"-ü tam nəzarətə götürməsindən sonra yolun açıldığı və nəqliyyat hərəkatının təmin edildiyin bildiriblər.

Qeyd edək ki, Türkiyənin Barış Pınarı əməliyyatından sonra ABŞ və separatçı kürd bölmələri Suriyanın şimal-şərqindəki bəzi mövqelərini tərk ediblər. Ərazini Rusiya hərbi polisi və Suriya Ordusu nəzarətə götürüb.

Mənbə: www.interaztv.com