Şəmkir şəhərində daha bir yol istifadəyə verildi

Şəmkir şəhərində daha bir yol istifadəyə verildi

Bu gün Şəmkir rayonunda abadlıq-quruculuq, tikinti işləri sürətlə davam etdirilir. Növbəti belə xoşməramlı açılış mərasimi Şəmkir şəhər Məmməd Əmin Rəsulzadə gerçəkləşib.

AZXEBER.COM xəbər verir ki, həmin küçəyə yeni asfalt örtüyünün çəkilməsi münasibətilə tədbir keçirilib.

Açılışda ərazidə yaşayan sakinlər, ziyalılar, ağsaqqallar, iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov giriş sözü ilə çıxış edərək asfalt örtüyü çəkilmiş yolun istifadəyə verilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün sakinləri təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı kəndlərimizə də yüksək keyfiyyətli asfalt yollar çəkilir.

İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin dediyi "Yol iqtisadiyyat, mədəniyyət, həyat deməkdir” sözlərini xatırladıb. Qeyd edib ki, istifadəyə verilən yeni yol sakinlərin rahat gediş gəlişini təmin etməklə yanaşı, iqtisadiyyatın, mədəniyyətin, bir sözlə, bütün sahələrin inkişafına təkan verəcəkdir.

Alimpaşa Məmmədov bildirib ki, bu yol Cənab Prezidentin Şəmkir sakinlərinə bayram hədiyyəsidir:”Yollarımızın təmiri və yenidən qurulması işi gələcəkdə də davam etdiriləcək”.

Sonra Məmməd Əmin Rəsulzadı küçəsinin sakinləri çıxış edərək yolun istifadəyə verilməsinə görə Prezident İlham Əliyev cənablarına bütün sakinlər adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda sakinlər icra başçısını evlərində çay süfrəsinə qonaq ediblər.

Mənbə: azxeber.com