Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır

Ağcabədi, 11 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi böyük siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev mənalı ömrünü Azərbaycan xalqının xoşbəxtliyinə və respublikamızın inkişafına sərf edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Gənclər və İdman İdarəsinin Pedaqoji Kolleclə birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçək dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin Ulu Öndərin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndiriblər.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Mənbə: azertag.az