Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, telefon söhbətində Suriyada son durum və digər regional mövzular müzakirə edilib.

İki ölkə liderləri Rusiya və Türkiyə arasında mövcud olan qarşılıqlı əlaqələrə də toxunublar.

Mənbə: apa.az