Əhməd Davutoğlu yeni partiya yaradıb

Əhməd Davutoğlu yeni partiya yaradıb

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu AKP-dən ayrılmış şəxslərlə birlikdə yeni siyasi partiya qurduğunu elan edib. Bir müddətdir qurulması gündəmdə olan partiyanın fəaliyyətə başlaması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət ünvanlanıb.

Partiya “Gələcək Partiyası” adlandırılıb. Keçmiş AKP-çiilər bu gün partiyanın yaradılması haqda ərizəni Daxili İşlər Nazirliyinə təqdim edib.

Nazirliyə sözügedən sənədi Ayxan Səfər Üstün, Səlçuq Özdağ, Fəramuz Üstün, İzzəddin Küçük, Nədim Yamalı ve Yeşim Qaradağ çatdırıb.

Dekabrın 13-də Əhməd Davutoğlunun keçirəcəyi mətbuat konfransında “Gələcək Partiyası”nın proqramı ve yaradıcı heyətinin ictimaiyyətə açıqlayacağı gözlənilir.

AKP-dən ayrılan şəxslərin sabiq baş nazir Əhməd Davutoğlu və sabiq baş nazir müavini və iqtisadi işlər naziri Əli Babacanın müxtəlif yeni partiyalar quracağı iddiaları uzun müddətdir müzakirə olunurdu.

Mənbə: www.amerikaninsesi.org