Liviyadakı Vətəndaş Müharibəsini Birləşmiş Ərəb Əmirlikləri və Rusiya idarə edir.
Publika.az xəbər verir ki, bunu Liviyanın şərqini ələ keçirən inqilabçı general Xəlifə Haftarın ordusunda xidmət edən Əmir Yusif əl-Cəkam etiraf edib.
Onun etirafları beynəlxalq səviyyədə tanınan Milli Hökumətin idarə etdiyi “Burkan əl-Qadab” əməliyyatının feysbuk hesabında yayımlanıb. Hərbi Hava Qüvvələrində komandir köməkçisi işləyən əl-Cəkam müharibədə BƏƏ-nin Pilotsuz Uçuş Aparatlarını, rusların isə paytaxt Tripoliyə 8 aydan çoxdur ki, davam edən hücumlar çərçivəsində qurudan irəliləməyi planlaşdırdığını deyib.
PUA-lar Benqazinin şərqindəki əl-Mərc bölgəsinin hərbi bazasından istiqamətləndirilir. Ər-Rəcmə bölgəsində bu əsgərlərə aid xüsusi əməliyyat məntəqəsi yerləşir.
Rusiya isə texniki və texnoloji dəstəyini əsirgəmir.
Qeyd edək ki, Haftarın ordusu 4 apreldə paytaxt Tripolini ələ keçirmək üçün hərəkətə keçmiş, 48 saar ərzində paytaxtı nəzarətə götürəcəklərini açıqlamışdılar. Bundan sonra Liviyada “Burkan əl-Qadab” əməliyyatı başlanmışdı.
Mənbə: publika.az