Prezidentin təltif etdiyi icra başçısı kimdir?

Prezidentin təltif etdiyi icra başçısı kimdir?

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, S.Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.

28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışıb. 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Mənbə: axar.az