Kremldən xəbərdarlıq: Zaman qırışan dəri kimi...

Kremldən xəbərdarlıq: Zaman qırışan dəri kimi...

Rusiya və ABŞ prezidentləri arasında hər hansı təmasla bağlı hazırda hazırlıq aparılmır.

Axar.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Prezident Putin istənilən təmaslara şübhəsiz hazırdır, özü də bunu dəfələrlə təsdiqləyib. İkitərəfli əlaqələrlə bağlı bir çox suallar var. Təkcə ikitərəf üçün deyil, bütün dünya üçün əhəmiyyətli olan START anlaşması nöqteyi-nəzərindən zaman qırışan dəri kimi daralır. ”, - deyə Peskov bildirib.

Mənbə: axar.az