Vladimir Putin: 20 illik yol 20 fotoda

Vladimir Putin: 20 illik yol 20 fotoda

Putin 2018-ci ilin martında təbliğat kampaniyası çərçivəsində Moskvada keçirilən mitinqdə çıxış edir.

Rusiyada bu ilin sonunda Vladimir Putininhakimiyyətə gəlməsinin 20 ili tamam olur.

Keçmiş KQB agenti ilk dəfə 1999-cu il dekabrın 31-də Rusiya prezidenti olanda Bill Klinton hələ ABŞ prezidenti idi və Ağ Evdə idi. Ötən 20 il ərzində ABŞ-da daha üç prezident, Britaniyada isə beş Baş nazir seçilib.

Qlobal miqyasda qarşıdurmalardan və daxili qalmaqallardan tutmuş idman zəfərləri və təbliğat fotolarınadək Vladimir Putinin 20 illik hakimiyyətini təsvir edən fotolara nəzər salaq.

Vladimir Putin 1999-cu il dekabrın 31-də Boris Yeltsini prezident vəzifəsində əvəzləməkdan əvvəl həmin ilin avqust ayında Baş nazir təyin olunmuşdu.

Keçmiş KQB zabiti, 1999-cu ilin oktyabrında Rusiyada bir sıra yaşayış binalarında bomba partlayışlarından sonra İkinci Çeçen müharibəsini başlayanda artıq ölkənin Baş naziri təyin edilmişdi.

Onun prezidentlik dövrünün ilk mərhələsi Rusiyanın Çeçenistanla hərbi münaqişəsi fonunda keçib.

Rusiya qüvvələri Çeçenistanın paytaxtı Qroznı şəhərini mühasirəyə aldı.

BMT 2003-cü ildə mühasirədən sonrakı Qroznı şəhərini yer üzündə ən çox məhv edilən şəhər adlandırıb.

Vladimir Putin İkinci Çeçen müharibəsi başlayandan bir neçə ay sonra, 2000-ci ilin martında hərbi təyyarədə Çeçenistana uçub

İllər ərzində Rusiya 2004-cü ildə çoxu uşaq olmaqla, 330 nəfərin ölümüylə nəticələnən Beslan şəhərindəki məktəbin mühasirəsi kimi silahlıların hücumlarına məruz qalıb.

Prezident Putin Çeçenistandakı döyüş əməliyyatlarına 2009-cu ilə qədər rəsmi olaraq son qoymayıb.

Prezident Putin və Rusiya Nazirlər Kabinetinin üzvləri 2004-cü ilin sentyabrında Beslan məktəbində silahlıların hücumu nəticəsində 330-dan çox insanın həlak olmasıyla bağlı bir dəqiqəlik sükut mərasiminə qatılıblar

Vladimir Putin 2000-ci ilin martında keçirilən seçkilərdə prezident vəzifəsində təsdiq edildi və bir neçə aydan sonra bir PR böhranına düşdü.

Kursk sualtı qayığının qəzası 118 ekipaj üzvünün ölümünə səbəb olub.

Prezident Putin Kursk sualtı qayığın komandirinin ailəsi ilə görüşdü, lakin o zaman fəlakətə reaksiya vermə tərzinə görə kəskin tənqid olundu

Kursk sualtı qayığı 2000-ci ilin avqustunda batanda prezident Putin Qara dəniz tətilindən qayıtmağa tələsmədi.

Qayıqda batan dənizçilərin yaxınlarına məlumat verilməsi isə günlərlə çəkdi.

ABŞ prezidenti George W Bush 2001-ci ildə Putini ABŞ-a dövlət səfərinə dəvət etdi. Rusiya prezidenti o cümlədən, Bush-un Texas ştatındakı evinə də baş çəkdi.

Vladimir Putin hakimiyyətinin ilk onilliyində Qərb liderlərinin xarici siyasətini tənqid etməsinə baxmayaraq, ümumiyyətlə, onlarla yaxşı münasibətdə idi.

İtaliyanın Baş naziri Silvio Berlusconi (sağda) 2003-cü ildə İraqdakı vəziyyəti müzakirə etmək üçün Rusiyaya səfər etdi

Kraliça Elizabeth II cənab Putini 2003-cü ildə Britaniyaya dövlət səfərinə dəvət etdi - bu 1874-cü ildən bəri Rusiya rəhbərinin Britaniyaya etdiyi ilk dövlət səfəri idi

Rusiya 2006-cı ildə G8 iqtisadi qrupuna ölkənin üzvlüyünü təsdiqləyən ilk G8 sammitini keçirdi.

Angela Merkel, Tony Blair, Jacques Chirac, Vladimir Putin və George W Bush 2006-cı ildə Sankt-Peterburqda keçirilən G8 sammitində

Rusiya konstitusiyasına görə Putin ardıcıl olaraq üçüncü müddətə prezident kimi qala bilmədi, buna görə 2008-ci ildə dörd il müddətinə Baş nazir oldu.

Prezident Dmitri Medvedevin patronu Putini dəstəkləyən bir proteje fiqurdan başqa nəsə olmasını düşünməyən az adam oldu.

Baş nazir kimi Vladimir Putin Gürcüstanla müharibədə gedişində yaralananlara baş çəkir

Gürcüstan 2008-ci ildə Cənubi Osetiya üzərində nəzarətini bərpa etmək üçün qüvvələrini ora göndərəndə Rusiya Gürcüstana hərbi müdaxilə etdi.

Avqust müharibəsi Qərb üçün xəbərdarlıq zəngi idi, lakin Putinin Qərb liderləri ilə münasibətlərini pozan Rusiyanın 2014-cü ildə Ukraynanın şərqinə müdaxiləsi oldu.

Rusiyanın Krımı ilhaq edərək Ukraynadan alması ABŞ və Aİ-nin sanksiyalarına səbəb oldu və Rusiyanın G8 qrupuna üzvlükdən məhrum edilməsinə səbəb oldu.

Prezident Putinin 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi, Rusiyadakı rəy sorğularında onun reytinqinin sıçrayışla qalxmasına səbəb oldu

Putin 2019-cu ilin avqustunda ilhaq edilmiş Krımdakı motosiklet yürüşündə iştirak edərkən. Ukrayna bu hadisəni "Ukraynanın suverenliyinin kobud şəkildə pozulması" olduğunu söylədi

Bu ay Ukraynadakı vəziyyətə həsr olunmuş dördtərəfli görüş keçirilib. Ukraynada qarşıdurmanın başlamasından beş il sonra Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında döyüşləri dayandırmaq üçün Fransa və Almaniya liderlərinin vasitəçiliyi ilə danışıqlar keçirilib.

Suriyadakı vətəndaş müharibəsinin dördüncü ilində iflas həddində olan müttəfiqi prezident Bəşər Əsədi dəstəkləmək üçün Rusiya hərəkətə keçdi.

Putinin Rusiya təyyarələrini və silahlarını Suriyaya göndərmək qərarı döyüş meydanında güc balansını dəyişdi.

Vladimir Putinin Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsi Suriyadakı vətəndaş müharibəsinin gedişatını dəyişdi

Donald Trump-ın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ xüsusi xidmət orqanları Rusiyanın bu seçki kampaniyasına müdaxilə etdiyi qənaətinə gəldi.

ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ilin prezident seçki kampaniyasına müdaxilə edib

2018-ci ildə isə İngiltərə Rusiyanı Salisbury şəhərində Rusiyanın keçmiş hərbi kəşfiyyat zabiti Sergey Skripal-ı zəhərləməkdə ittiham edib.

Sergey Skripal-ı zəhərləmə əhvalatından sonra o vaxtkı Baş nazir Theresa May ilə Vladimir Putin arasında münasibətlər gərgin idi

Rusiya prezidenti vəzifədə olduğu müddət ərzində öz imici və Rusiyanın imicini daha yaxşılaşdırmağa çalışıb.

Bu illər ərzində Putinə həsr olunmuş şəkillərdə onun güclü bir insan kimi təsvir olunması nəzərə çarpır.

Bu fotoda Putin beldən yuxarı çılpaq halda, əlində snayper tüfəngi ilə Monqolustan ilə sərhədə yaxın bir bölgədə gəzərkən lentə alınıb.

Putin özünün fərqli cəhətlərini də nümayiş etdirib - 2013-cü ildə çəkilmiş bu fotoda Rusiya prezidenti Buffy və Yume adlı itlərlə qarda oynayır.

Prezidentliyi dövründə Putin buz üzərində hokkeyi və cüdo oyunlarında da iştirak edərək idman qabiliyyətini nümayiş etdirməyə çalışıb

O, həmçinin 2014-cü ildə Qış Olimpiya Oyunlarına və 2018-ci ildə futbol üzrə Dünya Kubokuna ev sahibliyi etməklə Rusiyanın idman nüfuzunu artırmağa çalışıb.

Soçi Oyunları uğurlu alındı, amma dopinq qalmaqalının əks-sədası öz təsirini bildirməkdə davam edir.

Ümumdünya Antidopinq Agentliyi (WADA) keçən həftə Rusiyanın bütün böyük idman tədbirlərinə iştirakına dörd illik qadağa qoyub.

2015-ci ildə hazırlanan bir hesabatda Rusiyanın yüngül atletika idmanında dövlət tərəfindən sponsorlanan dopinq proqramının olduğu vurğulanıb.

Prezident Putin Rusiyanın 2018-ci il Dünya Çempionatına ev sahibliyi etməsində önəmli rol oynadı

2018-ci ildə FIFA Dünya Kubokunun Rusiyada keçirilməsi beynəlxalq səviyyəli bir müvəffəqiyyət olsa da, dopinq qalmaqalı Rusiyanın 2022-ci ildə Qətərdə keçiriləcək növbəti Dünya Çempionatında iştirak edə bilməyəcəyi anlamına gəlir.

Putin Rusiyada nüfuzunu itirirmi?Putin: "Axı, bu (internet), onların (Qərbin) ixtirasıdır... məlumat toplayırlar"

Bütün fotolara müəlliflik hüququ mövcuddur.

Mənbə: www.bbc.com