Korrupsionerlərə heç bir əfv olmayacaq XƏZƏRİN O TAYINDA SƏRT QANUN...

Korrupsionerlərə heç bir əfv olmayacaq XƏZƏRİN O TAYINDA SƏRT QANUN...

Türkmənistan hökuməti korrupsiya cinayətlərinə görə məhkum edilmiş şəxslərin əfv edilməsini qadağan edən qərar verib.

Virtualaz.org “Azadlıq” radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, müvafiq qərar rəsmi qəzetdə dərc edilib. Prezident Qurbanqulu Berdıməhəmmədovun qanunu hələ noyabrın 30-da imzaladığı bildirilir, amma nədənsə onu iki həftə sonra dərc ediblər.

Qanunun qüvvəyə minməsi keçmiş daxili işlər naziri İsgəndər Mulikovun korrupsiya cinayətlərinə görə mühakimə edilməsindən 10 gün sonraya təsadüf edib.

Qanunvericiliyə edilmiş yeni dəyişikliklərə əsasən “korrupsiya” anlayışının da tərifi verilir. Orada deyilir ki, korrupsiya pul, əmlak və ya əmlak xarakterli xidmət, digər əmlak hüquqları ilə bağlı mənfəət əldə etmək məqsədi ilə törədilmiş cinayətdir. Və belə əməllər hakimiyyət səlahiyyətlərinə malik olan bir və ya bir qrup şəxslər tərəfindən əlbir olaraq törədilərsə korrupsiya hesab ediləcək.

Mənbə: virtualaz.org