Daha bir jurnalist deputatlığa namizəd oldu

Daha bir jurnalist deputatlığa namizəd oldu

Daha bir jurnalist deputatlığa namizəd olub.

AZXEBER.COM xəbər verir ki, jurnalist Ceyhun Musaoğlu deputatlığa namizədliyini 45 saylı Abşeron seçki dairəsindən irəli sürüb: "İmza vərəqələrini aldıq, ilk və əsas imza verildi. Qızım uğurlu yol arzuladı. O, həm də mənim seçkidə nümayəndəmdir. Bu günün adamı mənəmsə, gələcəyin adamı odur.

45 saylı Abşeron seçki dairəsindən namizədliyim rəsmən irəli sürüldü. Seçiciləri təbrik edir, uğurlar arzulayıram”.

Qeyd edək ki, Ceyhun Musaoğlu həmin dairədən namizədliyini irəli sürən ikinci jurnalistdir. Bundan öncə Zahir Əzəmət də həmin dairədən namizəd olacağını açıqlamışdı.

45 saylı Abşeron seçki dairəsinin hazırki deputatı Milli Məclisin spikeri Oqtay Əsədovdur.

Mənbə: azxeber.com