Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb

Polkovnik Cəlil Xəlilovun Milli Məclisə namizədliyi irəli sürülüb

Respublika Veteranlar Təşkilatının IX plenumunda bu qərar yekdilliklə dəstəklənib

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının IX plenumunda Cəlil Xəlilovun Milli Məclisənamizədliyi irəli sürülüb və bu təklifyekdillə plenum içtirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Plenumiştirakçıları hesab edib ki, ölkə ictimai-siyasi həyatında aktiv iştirak edən, peşəkarhərbçi və tanınmış alim olan Cəlil Xəlilovun parlamentdə təmsilçiliyi, xalqın,eləcə də müharibə və əmək veteranlarının arzu və istəklərinin parlamentdədolğun şəkildə əks edilməsi baxımından faydalı ola bilər.

Məlumat üçün qeyd edəkki, Cəlil Xəlilov yalnız Azərbaycanda deyil, MDB məkanında tanınan və böyüknüfuz sahibi olan ictimai xadimdir və onun namizədliyi birmənalı şəkildə cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməkdədir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az