Fransa XİN rəhbəri Rusiya ilə dialoqun vacibliyindən danışıb

Fransa XİN rəhbəri Rusiya ilə dialoqun vacibliyindən danışıb

Bakı. Trend:

Rusiya əsas oyunçudur və onunla dialoq qurmaq Avropanın təhlükəsizlik arxitekturasını qurmaq üçün vacibdir.

Trend-in məlumatına görə, bunu "France Inter" radiosunun efirində Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

Nazir bildirib ki, Rusiya ilə danışıqlar üçün qapıları açmaq lazımdır.

Eyni zamanda Le Drian Rusiyanı NATO üçün təhlükə adlandırıb.

Mənbə: az.trend.az