Baş redaktorun namizədliyi qeydə alınmadı

45 saylı Dairə Seçki Komissiyası (DSK) tanınmış jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmətin namizədliyini qeydə almayıb.

Cebhe.info xəbər verir ki, bu haqda o, özünün "Facebook" səhifəsində məlumat yayıb.

“DSK namizədliyimi qeydə almaqdan imtina etdi. İmzalarla hər şey qaydasındadır. İndi imtina səbəbinə baxın: Əmlak Komitəsi DSK-nın 26.12.2019-cu il tarixində sorğusuna fərqli, mənim 08.01.2020-ci tarixində aldığım arayışa fərqli cavab verib. MSK-ya şikayət olunacaq”-deyə, Z.Əzəmət qeyd edib.

Qeyd edək ki, Zahir Əzəmət 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Eyni dairədən Milli Məclisin sədri Oqtay Əsədov da namizəddir.

Vilayət Muxtar
Cebhe.info

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Neft bazarını indi də Rusiya qarışdırır: QİYMƏT OYUNU

SONRAKI XƏBƏR

ABŞ Paşinyanın reytinqinin aşağı düşməsi göstəricilərindən narahat olub