Rusiya Dövlət Dumasının sədri İrana səfər edəcək

Moskva, 14 yanvar, AZƏRTAC

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündən sonra bildirib.

O deyib ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin təşəbbüsü ilə Rusiya-İran parlament komissiyası yaradılıb. Komissiyanın ilk iclası bu yaxınlarda Tehranda baş tutacaq.

Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovla səmərəli görüş keçirdiyini vurğulayan diplomat qeyd edib ki, tərəflər iqtisadiyyat, turizm, təhlükəsizlik sahələrində və parlamentlər arasında əməkdaşlığı müzakirə ediblər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Qəbələnin otel və mehmanxanaları ötən il 120 mindən çox əcnəbi turistə xidmət göstərib

SONRAKI XƏBƏR

Baş Prokurorluq öldürüldüyü deyilən Kənanla bağlı məlumat yaydı