Aşqabadda “Türkmənistan - Bitərəflik vətəni” mövzusunda beynəlxalq forum keçirilir

Aşqabadda “Türkmənistan - Bitərəflik vətəni” mövzusunda beynəlxalq forum keçirilir

Aşqabad, 14 yanvar, AZƏRTAC

Aşqabadda “Türkmənistan - Bitərəflik vətəni” mövzusunda beynəlxalq forum keçirilir.

AZƏRTAC xəbər verir ki, forumda BMT, ATƏT, Avropa İttifaqı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatların regional rəhbərləri, Türkmənistan hökumətinin rəhbərləri və nümayəndələri, habelə Aşqabadda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli və xarici KİV nümayəndələri iştirak edirlər.

Prezident Qurbanqulu Berdiməhəmmədov forumun açılışında çıxış edərək bildirib ki, Türkmənistan regionda siyasi sabitliyin qorunub saxlanılması, mehriban qonşuluq, dostluq və əməkdaşlığın inkişafında BMT-nin etibarlı müttəfiqinə və səmərəli tərəfdaşına çevrilib.

Tədbirdə BMT-nin, Avropa İttifaqının, UNESKO-nun və digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri çıxış ediblər. Çıxışlarda Türkmənistanın bitərəflik siyasətinin əhəmiyyətindən danışılıb.

Forum çərçivəsində Türkmənistan və BMT-nin bölmələrinin 2020-ci il üçün birgə iş planları imzalanıb.

Forum işini plenar iclaslarla davam etdirəcək.

Qeyd edək ki, bu il Türkmənistanın bitərəfliyinin 25 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Mənbə: azertag.az