Gənc fəal deputatlığa namizəd oldu

Gənc fəal deputatlığa namizəd oldu

Sağlam Gəncliyə Doğru İctimai Birliyinin sədri, gənc fəal Turqay Həsənəliyev 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Modern.az xəbər verir ki, o, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. T.Həsənəliyev bununla bağlı şəxsi sosial şəbəkə hesabında məlumat verib:

"Cənab Prezidentin, gənclərin ictimai siyasi proseslərdə yaxından iştirakı ilə bağlı çağırışlarına qoşularaq 31 saylı Suraxanı ikinci seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizədliyimi irəli sürməyə qərar verdim. Artıq namizədliyim qeydə alınıb. Hər zaman doğma olan Yeni Günəşli və Qaraçuxur sakinlərinin dəstək göstərəcəklərinə inanır və ümid edirəm".

Mənbə: modern.az