RÜSTƏMOVLA ƏMİROV RƏQƏMLƏRİ ÇAŞ-BAŞ SALDILAR - Prezidentin sualı baş bankiri çətin duruma saldı - VİDEO

RÜSTƏMOVLA ƏMİROV RƏQƏMLƏRİ ÇAŞ-BAŞ SALDILAR - Prezidentin sualı baş bankiri çətin duruma saldı - VİDEO

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bir çox iqtisadi göstəricilər müzakirə olunub.

“AzPolitika.info” xəbər verir ki, ölkə başçısı çıxış edən məmurların əksəriyyətinə öz iradlarını bildirərək, ayrı-ayrı sahələrdəki nöqsanları açıqlayıb və görülməli olan tədbirlərə dair tapşırıqlar verib.

Prezident müşavirədə Mərkəzi Bankın(MB) sədri Elman Rüstəmova bank sektorundakı dollarlaşmanın səviyyəsilə bağlı sual verib. Mətbuat konfranslarında əhali üçün anlaşılmaz olan müxtəlif iqtisadi terminlər səsləndirməyi sevən və rəqəmlərlə az qala “janqlyorluq” edən “baş bankir” ya həyəcandan, ya da hansısa digər səbəbdən ölkə başçısının adi sualına cavab verməkdə çətinlik çəkib.

 

Hansı ki, dollarlaşma səviyyəsi kifayət qədər strateji göstərici sayılır və MB sədrinin bunu əzbər bilməsi gərəkdir. E.Rüstəmov isə Prezidentin sualına dərhal cavab verməkdə çətinlik çəkib. Əvvəlcə əmanətlərdə dollarlaşma səviyyəsinin 6 faizə qədər azaldığını deyən E.Rüstəmov, sonradan qarşısındakı kağıza baxaraq, bu rəqəmin 12 faiz olduğunu bildirib.

 

Müşavirədə iştirak edən ölkə başçısının müşaviri Natiq Əmirov da bu suala dəqiq cavab verməkldə çətinlik çəkib. Ölkənin maliyyə, bank, ümumilikdə iqtisadi sektoruna cavabdeh olan bu məmurlar gah 53 faiz, gah 55 faiz, gah da 63 faiz rəqəmləri səsləndiriblər.

Nəhayət, E.Rüstəmov qarşısındakı kağızlara baxandan sonra deyib ki, kreditlərin dollarlaşması 38 faizdən 35 faizə, fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi isə 62 faizdən 54 faizə enib.

Həmin müzakirənin stenoqramını və videoçəkilişini təqdim edirik:

Mənbə: azpolitika.info