Hüquqşünas alim Əsmər Əliyevanın namizədliyi qeydə alınıb - FOTO

Hüquqşünas alim Əsmər Əliyevanın namizədliyi qeydə alınıb - FOTO

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə 46 saylı Şirvan Seçki Dairəsindən qatılan Bakı Dövlət Universitetinin müəlliməsi, tanınmış hüquqşünas alim Əsmər Əliyevanın namizədliyi qeydə alınıb.

Bu barədə onun vəkili AZXEBER.COM-a məlumat verib.

Əliyeva Əsmər Əlmusa qızı 1985-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhər N.İsmayılov adına 80 nömrəli orta məktəbi bitirib.

2000-2004-ci illər də Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, 2004-2006-cı illərdə "Mülki və təsərrüfat hüququ" ixtisası üzrə magistr təhsil alıb. Bakı Dövlət Universitetinin "Mülki proses və kommersiya hüququ" kafedrasının dosentidir.

Əsmər Əliyeva 2008-ci ildə istehsalatdan ayrılmadan BDU-nun "Mülki proses, əmək və ekologiya hüququ" kafedrasının qiyabi doktoranturasına daxil olub. 27 oktyabr 2012-ci il tarixdə elmi işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Ə.Əliyeva Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və həmçinin Dövlət İqtisad Universitetinin "SABAH" qruplarında da dərs deyir.

Ə.Əliyeva 1 dərs vəsaitinin, 1 monoqrafiyanın, 30-dan çox elmi məqalənin, 3 tədris proqramının müəllifidir.

BDU rektorunun əmri ilə 2017-ci ildə Bakı Dövlət Universitetinin ictimai həyatında fəal mövqeyinə, vəzifəsinə məsuliyyətlə yanaşdığına görə "Fəxri Fərman”la təltif edilib.

Aləlidir, üc övladı var.

Mənbə: azxeber.com