Öldürülən Ermənistan sabiq MTX direktoru kimdir? – DOSYE

Öldürülən Ermənistan sabiq MTX direktoru kimdir? – DOSYE

Georgi Kutoyan 1981-ci ildə anadan olub. 1997-2002 -ci illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-2005- ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunda aspiranturanı bitirib. Hüquq elmləri namizədidir.

2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Tafts universitetinin Fletçer hüquq və diplomatiya məktəbini bitirib. 2002-2010 -cu illərdə Erməni-Rus (slavyan) Universitetində, Ermənistanın dövlət idarəçilik akademiyasında, Ermənistan Milli Elmlər Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

2005-2006 -ci illərdə Ermənistan Baş Prokurorluğunun elmi-tədris mərkəzinin elmi işçisi, daha sonra hüquq və struktur islahatları şöbəsinin prokuroru vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Ermənistan ombudsmanının baş məsləhətçisi, 2008-2010-ci illərdə Ermənistan ombudsman aparatının baş hüquq məsləhətçisi vəzifəsini tutub. 2010-2011-ci illərdə vəkil fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə Ermənistan prezidentinin sərəncamı ilə Ermənistan prezidentinin köməkçisi təyin edilib.

2011-2014-cü illərdə Korrupsiyaya qarşı mübarizə şurası nəzdində anti-korrupsiya strategiyasının həyata keçirilməsi monitorinq komissiyasının sədri, 2011 iyulun 14-də 3 il müddətilə Ermənistan Baş Prokuroru yanında Etika komitəsinin vəkil üzvü vəzifəsinə təyin edilib.

2013-cü il sentyabrın 4-də Ermənistan prezidenti yanında Konstitusiya İslahatları peşəkar komissiyasının üzvü təyin edilib. 2016-cı il fevralın 3-də Ermənistan prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

2016-cı il fevralın 3-də Ermənistan Baş prokurorun müavini təyin edilib. 9 gün sonra vəzifəsindən azad edilərək Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. 2018-ci il mayın 10-da bu vəzifədən azad edilib.

Ailəli idi və bir oğlu var.

Alpər Mövludoğlu

Mənbə: ordu.az