İraqda İŞİD-in liderlərindən biri tutulub

İraqda İŞİD-in liderlərindən biri tutulub

İraqın Terrorla Mübarizə İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının liderlərindən birini Fəllucə şəhərində tutublar.

“Report” xəbər verir ki, bu barədə İdarə, özünün “Twitter” səhifəsində paylaşım edib.

Qeyd olunub ki, terror hüceyrələrinə qarşı davam etdirilən əməliyyat çərçivəsində Fəllucədə İŞİD-in “daxili təhlükəsizlik üçün məsuliyyət daşıyan” lideri saxlanılıb.

Mənbə: report.az