İndi xizək sürürəm - Medvedyev

İndi xizək sürürəm - Medvedyev

İstirahət günlərindən istifadə edərək xizək sürürəm. Daha sonra işimə qayıdacağam.

Axar.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev “Birinci kanal”a müsahibəsində deyib.

“Mən sadəcə istirahət günlərindən istifadə edərək bura xizək sürməyə gəldim. Bir neçə gün xizək sürüb, daha sonra qayıdıb işləyəcəm. Gördüyünüz kimi xüsusi dəyişiklik yoxdur, mən işləməyə davam edirəm”, - Medvedyev bildirib.

Qeyd edək ki, Dmitri Medvedyev bir neçə gün əvvəl baş nazir vəzifəsindən istefa vermişdi. Onunla bərabər Rusiya hökuməti də istefaya getmişdi.

Mənbə: axar.az