Kəşfiyyatçı almanların "qalasının" necə azad edilməsindən danışdı- SİRLƏR AÇILIR

Kəşfiyyatçı almanların "qalasının" necə azad edilməsindən danışdı- SİRLƏR AÇILIR

"Polşa əhalisi ölkə ərazisinə Qızıl Ordunun daxil olmasını çox sevinclə qarşıladı. Çünki bu, müharibənin bitməsi əlaməti idi".

Cebhe.info xəbər verir ki, bunu kəşfiyyatçı, Rusiya Qəhrəmani Aleksey Botyan deyib. O, Krakovun azad edilməsi uğrunda əməliyyata rəhbərlik edib.: "Hər halda partizanlar başqa, Qızıl Ordu isə tam başqadır. Xalq razı idi, həyəcanlıydı və müharibənin tezliklə bitəcəyini gözləyirdi".

Kəşfiyyatçı bildirib ki, yarıgizli Polşa ordusu sovet ordusunun ölkəyə daxil olmasından razı görünmürdü: "Onlar faşist işğalına qarşı mübarizə aparırdılar. İstəyirdilər ki, öz ölkələrini özləri azad etsinlər".

Xatırladaq ki, sovet ordusu Krakovu 13 yanvar 1945-ci ildə azad edib. Almanlar şəhəri 1939-cu ildə işğal etmişdilər. Krakov Polşa ərazisindəki Alman General Qubernatorluğunun paytaxtı elan edildiyinə görə dağıdılmamışdı. Sovet ordusu 1945-ci ildə şəhərə daxil olanda faşistlər onu partlatmaq istədilər, ancaq buna nail olmadılar. Krakovda faşistlərə məxsus iki əsir düşərgəsi fəaliyyət göstərirdi.

Xəzər

Cebhe.info

 

 

Mənbə: cebhe.info