Sərrac və Haftarın adı siyahıya düşmədi

Sərrac və Haftarın adı siyahıya düşmədi

Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarın və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərracın adları Berlində keçiriləcək konfransda iştirakçılar siyahısına salınmayıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin yaydığı press-relizdə bildirilib.

Liviya ilə bağlı Berlin konfransının beynəlxalq iştirakçıları sırasına Çin, Fransa, Böyük Britaniya, Rusiya, ABŞ, Misir, Əlcəzair, Konqo, İtaliya, Türkiyə, BƏƏ, Avropa Birliyi, Avropa Komissiyası, BMT və Afrika İttifaqının adı salınıb.

Press-relizin sonuncu abzasında isə, “bununla yanaşı Fayez Sərrac və Xəlifə Haftar Almaniya kansleri tərəfindən dəvət alıblar”, yazılıb.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarın və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərracın bazar günü Berlində keçiriləcək Liviya ilə bağlı konfransda iştirak edəcəyini bildirimişdi.

Mənbə: axar.az