İran ABEA ilə əməkdaşlığa son qoya bilər

İran ABEA ilə əməkdaşlığa son qoya bilər

Tehran, 19 yanvar AZƏRTAC

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığına son qoya bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani deyib.

O bildirib ki, əgər Avropa dövlətləri ABŞ-ın təsiri altında qalaraq ədalətsiz addım atsalar, onda İran AEBA ilə əməkdaşlığına yenidən baxmaq məcburiyyətində qalacaq.

İran parlamentinin spikeri onu da nəzərə çatdırıb ki, əsl problem Avropa dövlətlərində deyil. Problem iqtisadi cəhətdən güclü olan ABŞ-dadır. Amerika Avropaya iqtisadi təzyiqlər göstərərək bu qitənin dövlətlərini öz maraqlarına deyil, rəsmi Vaşinqtonun maraqlarına uyğun addımlar atmağa sövq edir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az