Azərbaycan Prezidentinin köməkçisi NATO Baş katibinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi NATO Baş katibinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO Mənzil Qərargahına səfər edib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən “Report”a verilən məlumata əsasən, səfər zamanı H.Hacıyev NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşmüş və müttəfiq dövlətlərlə 29 +1 formatında iclasda iştirak etmişdir. Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. H. Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat vermişdir.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirmişdir.

20 yanvar faciəsinin 30-cu ildönümümdə keçirilən bu iclas və görüşlər zamanı H.Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və tərəfdaşlığı Azərbagcan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat vermişdir. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramını ifadə etmişlər.

Mənbə: report.az