Yardımlıda 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla anılıb

Yardımlıda 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla anılıb

Yardımlı, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC

Yardımlıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 Yanvar şəhidlərinin abidə-kompleksinin önündə azadlıq mücahidlərinə hörmət və ehtiramlarını ifadə ediblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, ziyalılar, İkinci Dünya və Qarabağ müharibəsi veteranları, ictimaiyyətin təmsilçiləri abidə-kompleksin önünə əklillər, gül dəstələri düzüblər.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.

Həmin gün rayonda yaşayan şəhid ailələrinə ərzaq məhsullarından ibarət maddi yardımlar edilib.

Mənbə: azertag.az