Ərdoğan: Yunanıstan Haftarı buna görə çağırdı

Ərdoğan: Yunanıstan Haftarı buna görə çağırdı

Yunanıstan XİN başçısı Miçotakis bizi təhrik etmək üçün Haftarı Yunanıstana çağırmışdı.

Axar.az xəbər verir ki, bunu Berlində Liviya ilə bağlı keçirilən görüşdən dönən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. Ərdoğan bildirib ki, Miçotakisin Türkiyə ilə münasibəti düzəltmək istəməsi barədə ölkə liderlərindən biri ona məlumat verib:

"Bir lider "Miçotakis təkrar sizinlə aranı düzəltmək istəyir" dedi. Mən də "Bir dəfə bu yanlışı düzəltsin, sonra bizim görüşümüz asandır", - deyə cavab verdim".

Ərdoğan Avropa Birliyinin Liviya prosesində koordinator qismində iştirak etməsi təklifinə "BMT varkən, doğru olmaz" deyə etiraz edildiyini də qeyd edib.

Mənbə: axar.az